Bu qərar mənfi nəticələrə gətirib çıxaracaq - İran ABŞ-a səsləndi
22 aprel 2019 19:54 (UTC +04:00)

Bu qərar mənfi nəticələrə gətirib çıxaracaq - İran ABŞ-a səsləndi

Rəsmi Tehran  İrana qarşı neft sanksiyaları ilə bağlı bəzi ölkələrə tətbiq edilən istisnanın uzadılmayacağına dair ABŞ prezidenti Donald Trampın qərarını şərh edib.
 
ONA-nın RİA Novosti-yə istindən verdiyi məlumata görə, bu barədə İran XİN açıqlama yayıb.
 
“ABŞ-ın İrana qarşı neft sanksiyaları ilə bağlı bəzi ölkələrə tətbiq etdiyi istisnanı uzatmayacağı qərarı mənfi nəticələrə gətirib çıxaracaq”,- deyə İran XİN açıqlayıb.
 
Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyalarla bağlı bir sıra ölkələrə tətbiq edilən istisnanı maydan uzatmayacağını bəyan edib. ABŞ-ın İrana qarşı sanksiyalarının müddəti mayın əvvəlində bitir.
# 639
avatar

Oxşar yazılar