“İnter”  Lukakunu transfer edir
22 aprel 2019 17:26 (UTC +04:00)

“İnter” Lukakunu transfer edir

İtaliyanın “İnter” klubu Belçika millisinin futbolçusu Romelu Lukakunu transfer etməyə hazırlaşır.
 
ONA-nın məlumatına görə, İngiltərədə “Mançester Yunayted”in şərəfini qoruyan hücumçu Milan təmsilçisində Mauro İkardini əvəzləməlidir.
 
“İnter” rəhbərliyi argentinalı legionerini yayda satmaq niyyətindədir. Bu üzdən də hücum xəttində R.Lukakunun alınması gündəmə gəlib. Belçikalı forvard üçün “Mançester Yunayted”in 50 milyon avro istədiyi bildirilir. Futbolçunun özü isə illik 10 milyon avro maaş istəyəcək.
 
Qeyd edək ki, mançesterlilərlə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq R.Lukaku cari mövsümdə keçirdiyi 42 oyunda 15 qol vurub.
# 606
avatar

Oxşar yazılar