<b>Nadir Tarkandan nümunə götürdü - <span style="color:red;">Əməliyyat etdirəcək  - VİDEO</b>
22 aprel 2019 16:05 (UTC +04:00)

Nadir Tarkandan nümunə götürdü - Əməliyyat etdirəcək - VİDEO

Müğənni Nadir Qafarzadə plastik əməliyyat etdirmək niyyətindədir.

 

Lent.az-ın məlumatına görə, ifaçı "ATV maqazin onlarla" verilişində bildirib ki, gəncləşmək üçün əməliyyat masasına əyləşəcək:

 

"Bir klinika var, insanın hüceyrələrini gəncləşdirirlər. Vitaminlər əlavə edilir, ölmüş hüceyrələr dirilir. İsveçrədə yerləşir həmin klinika. Qiyməti 60 min avro, yəni 120 min manatdır. 50 yaşlı insanı 30 yaşa gətirirlər. Bunu mən Tarkandan eşitmişdim. Sən dırnaqdan tutmuş hər şeyə qədər tamaşaçının gözünü oxşamalısan. 60 min avronu verməyə hələ ürəyim gəlmir, 3 otaqlı evin puludur. Gələcəkdə məni gəncləşmiş görsəniz, bilin ki, etdirdim əməliyyatı".

 

Qeyd edək ki, N.Qafarzadənin 48 yaşı var. Bu günə qədər bir tək burun əməliyyatı keçirib.

 

# 888
avatar

Yalçın UĞUR

Oxşar yazılar