“Formula 1” Azərbaycan Qran Prisinin bolidləri Bakıya gətirilib
22 aprel 2019 15:58 (UTC +04:00)

“Formula 1” Azərbaycan Qran Prisinin bolidləri Bakıya gətirilib

22 aprel 2019-cu il, Bakı “Formula 1” Azərbaycan Qran Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna yüklərin gətirilməsinə başlanılıb.
 
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarış bolidləri, onlara xidmət və yarışların təşkili üçün lazım olan avadanlıq reyslərlə Şanxay və Bəhreyndən gətirilib.
 
Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınıb.
 
Milli yük aviadaşıyıcısı təkcə “Formula 1”-in Azərbaycan mərhələsi üçün deyil, həm də müxtəlif qitələrdə digər yarışlar üçün avadanlıqların daşınmasını həyata keçirir.
 
Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.
 
Azərbaycan Qran-Prisi 2019-cu il aprelin 26-dan 28-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.
# 884
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar