"İnter" klubunun keçmiş rəhbəri: <span style="color:red;">"Cahangir müəllimin göstərişi ilə…
22 aprel 2019 13:33 (UTC +04:00)

"İnter" klubunun keçmiş rəhbəri: "Cahangir müəllimin göstərişi ilə…

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə  məhkəmə prosesi davam edib.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən şahid qismində şahidlərinin bəzilərinin   ölkə xaricində olduğu elan olunub. 
 
Hakim Faiq Qəniyev bildirib ki,  şahidin həqiqətən də ölkə xaricində olub-olmaması ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndəriləcək. 
 
Prosesdə dindirilən Rəşad Qasımov Bankın mühasibat uçotu və nəzarət keçmiş "İnter" Peşəkar Futbol Klubunun (indiki "Keşlə") bir müddət rəhbəri olub: "Kredit Komitəsinin üzvü idim. Lakin bankın iclaslarında iştirak etmirəm. İclasdan sonda qərarlara qol çəkmişəm. Vəzifəmlə bağlı işlərim çox idi. Ona görə də iclaslara qatılmırdım".
 
Hakim qeyd edib ki, şahid istintaqda "Buta Kichin"ə ayrılmış kredit üzrə geniş danışıb. Hakimin dediyinə münasibət bildirən şahid deyib ki, həmin kredit müqaviləsinə nəzarət etməyib:  "Bankdan kredit götürən şirkətlərin işi ilə bağlı maraqlanmırdım. Bu məsələlərə Kredit Komitəsi baxırdı və qərarı da onlar verirdi".
 
R.Qasımov qeyd edib ki, "İnter" klubunun rəhbəri olduğu dövrlərdə Beynəlxalq Bankdan sosial layihə ilə bağlı kredit götürülməyib: "Mən klub prezidenti olan zaman komandanın oyunlarını gedib izləyirdim. Layihələrlə bağlı isə heç bir kredit götürülməyib".
 
Prosesdə şahidin istintaqa verdiyi ifadə  elan edilib. 
 
R.Qasımov istintaqda deyib ki, "Buta Kichin" üçün bankdan bir neçə dəfə tranş olunmaqla 163 milyon dollar akkreditlər açılıb: "İclasda bankın İdarə Heyətinin üzvü  Emin Mustafayev dedi ki, bankın rəhbəri Cahangir Hacıyevin göstərişi ilə "Buta Kichin" üçün kredit ayrılmalıdır'.
 
R.Qasımov istintaqda dindirilən zaman həmçinin digər şirkətlər üçün Beynəlxalq Bankdan kreditlər ayrıldığını, Kredit Komitəsinin iclasında eştirak edərək, sənədlərə imza atdığını etiraf edib. 
 
R.Qasımov məhkəmədə istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib. 
 
Şahid qismində Korporativ Müştərilərlə İş departamentinin baş direktoru, Kredit Komtəsinin üzvü olmuş Fuad İslamov da ifadə verib.  Şahid istintaqa verdiyi ifadəsini təsdiqləyib. 
 
Proses aprelin 29-da davam edəcək. 
 
Qeyd edək ki, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
 
İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.
# 816
avatar

Səlcuq Elçin

Oxşar yazılar