[b]“Bakıda yaxşı tras var, amma..." - Luis Hamilton[/b]
22 aprel 2019 13:01 (UTC +04:00)

[b]“Bakıda yaxşı tras var, amma..." - Luis Hamilton[/b]

“Bakıda yaxşı tras var. Amma orda səylə işləmək lazımdır”. 
 
ONA-nın məlumatına görə, bunu “Formula-1” pilotu Luis Hamilton deyib.
 
“Mersedes” komandasının üzvü aprelin 26-28-də Bakıda keçiriləcək Azərbaycan Qran-Prisi barədə fikirlərini açıqlayıb: “Mənim məqsədim yaxşı olub, inkişaf etmək və daha yüksək nəticələr qazanmaqdır. Ötən il Bakıda qalib gələndə bəxtim gətirdi. Uik-end ərzində ən sürətli mən deyildim. Bottasın mənimlə rəqabət aparacağını, “Ferrari”nin də kənarda qalmayacağını gözləyirəm. Onlar düz yollarda qalib gəlir, amma döngələrdə uduzur”.
 
Qeyd edək ki, L.Hamilton 68 xalla cari mövsümün lideridir. Onun komanda yoldaşı Valtteri Bottasın 62, “Red Bull”un üzvü Maks Ferstappenin 39 xalı var.
# 763
avatar

Oxşar yazılar