Hərbi pilotlarımız təlim-məşq uçuşlarına başladı - VİDEO
22 aprel 2019 12:57 (UTC +04:00)

Hərbi pilotlarımız təlim-məşq uçuşlarına başladı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotlarının peşəkarlığının yüksəldilməsi məqsədilə intensiv məşqlər davam edir. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.
 
Məlumata görə, “Super Muşşak” və L-39 təyyarələrinin taktiki-texniki xüsusiyyətləri və uçuş imkanlarını nəzəri cəhətdən tam mənimsəyən, trenajorlarda müvafiq məşqlər keçən gənc hərbi pilotlarımız artıq həmin təyyarələrdə və "Mi" seriyalı çoxməqsədli helikopterlərdə praktiki təlim-məşq uçuşlarını yerinə yetirməyə başlayıb.
 
Tapşırığa uyğun olaraq gənc hərbi təyyarəçilər pilotaj texnikası, marşrut uçuşları, qoşa və manqa ilə uçuşları məşq etdirir.
# 642
avatar

Oxşar yazılar