Növbəti sınaq imtahanına qeydiyyat başladı
22 aprel 2019 11:39 (UTC +04:00)

Növbəti sınaq imtahanına qeydiyyat başladı

Qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqlarının istifadə olunacağı növbəti sınaq imtahanına qeydiyyat başlayıb.

 

Dövlət İmtahan Mərkəzindən Lent.az-a bildirilib ki, imtahana yazılanlar istəklərinə uyğun olaraq günün istənilən vaxtında imtahan üçün nəzərdə tutulan səhifəyə daxil olub bilik və bacarıqlarını yoxlaya bilərlər.
 
 
İmtahanda iştirak haqqı 3 manatdır.
 
 
Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olacaqlar.
 
 
http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.
# 576
avatar

Aygün İbrahimli

Oxşar yazılar