<b>Atanı qızının şəkilləri ilə şantaj edən şəxs <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA </b>
22 aprel 2019 11:35 (UTC +04:00)

Atanı qızının şəkilləri ilə şantaj edən şəxs MƏHKƏMƏ QARŞISINDA

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Hüseyn Sayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmənin baxış iclası aprelin 25-nə təyin edilib.
 
Qeyd edək ki, ötən il hüquq-mühafizə orqanlarına müraciət edən şəxs bir nəfərin onun qızının şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3000 manat tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.
 
Araşdırmalarla onun Şamaxı rayon sakini H.Sayılov olduğu müəyyən edilib.
 
H.Sayılovun barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülüb.
 
Cinayət işində zərərçəkmiş qismində ata və onun qızı tanınır.
# 818
avatar

Səlcuq Elçin

Oxşar yazılar