[b]Bağlanan bankların kompensasiya ödənişlərini hansı qurum verəcək?[/b]
22 aprel 2019 11:14 (UTC +04:00)

[b]Bağlanan bankların kompensasiya ödənişlərini hansı qurum verəcək?[/b]

Bağlanan banklar və  Bank Olmayan Kredit Təşkilatları (BOKT) üzrə  problemli kredit sahibləri "Azərpoçt" MMC-nin rəsmi internet səhifəsindən (azerpost.az) "Problemli kreditinzə düşən kompensasiya haqqında məlumat" bölməsindən məlumat əldə edə bilərlər. Bunu ONA-ya "Azərpoçt"dan deyiblər.
 
Ləğv prossesində olan bank və ya BOKT-ların kompensasiya ödənişləri "Azərpoçt" tərəfindən həyata keçiriləcək.
 
Vətəndaşlara aidiyyatı üzrə poçt şöbələri və ya banklar tərəfindən SMS göndəriləcək.
SMS-də kompensasiyanı hansı ünvandan əldə etmək mümkün olacağı qeyd ediləcək.
 
"500-manatadək olan məbləğ nağd şəkildə ödəniləcək, 500 manatdan yuxarı məbləğlərə poçt şöbələri tərəfindən kartlar ayrılacaq",- deyə "Azərpoçt"dan qeyd ediblər.
# 897
avatar

Oxşar yazılar