<b>Bacısını al-qana bulayanın işində <span style="color:red;">YENİLİK </b>
22 aprel 2019 10:44 (UTC +04:00)

Bacısını al-qana bulayanın işində YENİLİK

Bacısını bıçaqlamaqda təqsirləndirilən Mərdan Qədimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs vəsatət qaldırıb. 
O, istintaq dövründə müdafiə hüququnun pozulduğunu bildirib və cinayət işinin yenidən prokurorluğa qaytarılmasını istəyib.
 
 
Vəsatət təmin edilib, cinayət işi prokurorluğa qaytarılıb.
 
 
Qeyd edək ki, hadisə ötən il dekabrın 24-də Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Qəsəbə sakini, 60 yaşlı M.Qədimov aralarında yaranmış mübahisə zəminində bacısı, 1974-cü il təvəllüdlü Gülarə Nuriyevanı bıçaqlayıb. G.Nuriyeva xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.
 
Hadisəni törədən M.Qədimov saxlanılıb.
# 487
avatar

Səlcuq Elçin

Oxşar yazılar