[b]"Balık Ekmek"də QANLI OLAY: aşbaz admistratoru... [/b]
22 aprel 2019 10:10 (UTC +04:00)

[b]"Balık Ekmek"də QANLI OLAY: aşbaz admistratoru... [/b]

Bakıda kafedə qan tökülüb.

Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "Balık Ekmek" adlı kafedə baş verib.

Həmin obyektdə aşbaz köməkçisi işləyən 1995-ci il təvəllüdlü Hafiz Baxşıyev şəxsi münaqişə zəmində admistrator 1987-ci il təvəllüdlü Əhməd Mirzəbəyovu döş qəfəsindən bıçaqlanıb. Yaralı dərhal "Baku Medical Plaza" xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-c(qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və Hafiz Baxışov şübhəli şəxsində tutulub.

# 478
avatar

Səlcuq Elçin

Oxşar yazılar