“Kamaz” qəza törətdi: yaralı var
22 aprel 2019 09:11 (UTC +04:00)

“Kamaz” qəza törətdi: yaralı var

 
Ötən gecə Bakı-Sumqayıt yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
ONA-nın yerli bürosunun məlumatına görə, qəza magistralın Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
 
"KAMAZ" markalı yük avtomobili və minik avtomobilinin iştirakı ilə baş verən qəzada 1 nəfər xəsarət alıb.
Belə ki, minik avtomobilinin sürücüsü, Bakı şəhəri Binəqədi rayon sakini 1996-cı il təvəllüdlü Bəydəmirov Kamran Elşən oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb və yaralı Sumqayıtda xəstəxanaya yerləşdirilib. 
 
Faktla bağlı araşdırma aparılır.
# 504
avatar

Oxşar yazılar