18 yaşlı tələbəni başından bıçaqladılar
22 aprel 2019 00:13 (UTC +04:00)

18 yaşlı tələbəni başından bıçaqladılar

 
Gəncədə 18 yaşlı gənc bıçaqlanıb.
 
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.
 
Belə ki, Goranboy sakini 18 yaşlı Abdulla Kərinov başından bıçaqlanıb.
Yaralı dərhal Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Yaralının vəziyyəti orta ağır olduğu bildirilir.
 
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
 
Cinayəti törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat axtarışlarına başlanılıb.
# 762
avatar

Oxşar yazılar