[b]Bakıda daha bir yanğın: 2 azyaşlı zəhərləndi[/b]
21 aprel 2019 23:27 (UTC +04:00)

[b]Bakıda daha bir yanğın: 2 azyaşlı zəhərləndi[/b]

Bakının Yasamal rayonunda yaşayış evində yanğın olub.
 
FHN-dən Lent.az-a verilən məlumata görə, ümumi sahəsi 12 m² olan 1 otaqlı evdə 3 p.m elektrik kabeli və 0,5 m² sahədə əşyalar yanıb.
 
Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
 
Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
# 597
avatar

Oxşar yazılar