Güləşçilərimiz 11 medal qazandılar
21 aprel 2019 23:17 (UTC +04:00)

Güləşçilərimiz 11 medal qazandılar

 
Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında keçirilən "Çempionlar" turnirinə yekun vurulub.
 
Azərbaycan Güləş Federasiyasından ONA-ya verilən məlumata görə, yarışın son günündə 3 medal əldə olunub. 
 
Sərbəst güləşçimiz Fuad Mayılov (86 kq) üçüncü yeri tutub. Qızlardan Birgül Soltanova (57 kq) gümüş, Yasəmən Məcidli (50 kq) isə bürünc medal qazanıb. Beləliklə, "Çempionlar" turnirində medallarımızın sayı 11-ə çatıb. 
Daha öncə Ceyla Nağızadə (65 kq), Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) qızıl, Elmar Kazımovla (70 kq) Asxab Həmzətov (92 kq) gümüş, Ayşən Yusifova (53 kq), Jalə Əliyeva (62 kq) və Sənan Əliyev (97 kq) bürünc medalın sahibi olub.
 
Yekunda 2 qızıl, 2 gümüş, 2 bürünc medal əldə edən sərbəst güləş üzrə yığmamız komanda hesabında 2-ci, 1 qızıl, 1 gümüş və 3 bürünc medalı hesabına yazan qızlardan ibarət millimiz isə 3-cü yeri tutub.
 
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Tural Əliyev yarışda ədaləti qoruyub.
# 785
avatar

Oxşar yazılar