Xamenei İİKK-na yeni komandan təyin etdi
21 aprel 2019 21:22 (UTC +04:00)

Xamenei İİKK-na yeni komandan təyin etdi

 
İranın dini lideri, ayətullah Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərini dəyişib.
 
ONA TASS-a istinadən xəbər verir ki, briqada generalı Xoseyn Salami İİKK-nın yeni komandanı təyin olunub.
 
O, bu vəzifədə general Məhəmməd Əli Cəfərini əvəz edib.
Bundan öncə Salami İİKK komandanının müavini vəzifəsində çalışıb.    
# 723
avatar

Oxşar yazılar