<b>İtdən qaçan yeniyetmə maşının altına düşdü</b>
21 aprel 2019 20:57 (UTC +04:00)

İtdən qaçan yeniyetmə maşının altına düşdü

 
Şirvanda 15 yaşlı oğlanı avtomobil vurub. 
 
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 20.00 radələrində H.Əliyev prospektində baş verib. 
 
Şirvan sakini, 2004-cü il təvəllüdlü Bayramov İslam Vahid oğlu it hücumuna məruz qalıb.
Bu zaman qəfildən yola qaçan yeniyetməni “Pajero” markalı avtomobil vurub.
 
Xəsarət alan yeniyetmə sürcü tərəfindən Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb.
 
Onun yüngül xəsarət aldığı bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
# 945
avatar

Oxşar yazılar