"Yuventus" A seriyasında 35-ci dəfə çempion tituluna yiyələndi
21 aprel 2019 00:43 (UTC +04:00)

"Yuventus" A seriyasında 35-ci dəfə çempion tituluna yiyələndi

İtaliya A seriyasında XXXIII tura start verilib. 
 
ONA-nın məlumatına görə, turun ilk oyun günü "Yuventus"un çempionluğu ilə əlamətdar olub.
 
"Fiorentina"nı qəbul edən turinlilər 2:1 hesabı ilə qələbə qazanaraq, özləri üçün birinci yeri təmin ediblər. A seriyasının başa çatmasına 5 tur qalmış xalının sayını 87-yə çatdıran "Yuventus" ən yaxın izləyicisi "Napoli"ni 20 xal qabaqlamaqla, onlar üçün əlçatmaz olublar. Bu, Turin təmsilçisinin ardıcıl 8-ci, ümumilikdə 35-ci çempionluğu kimi tarixə düşüb. 
"Napoli" isə 33-cü görüşünə aprelin 22-də çıxacaq ki, qalib gələcəyi halda ikinci pillədəki mövqeyini möhkəmlədəcək. 
 
Tur həmçinin A seriyası ilə vidalaşan "Kyevo"nun 2-ci qələbəsi ilə də yadda qalıb. Onlar "Latsio"nu səfərdə məğlub ediblər. 
 
İtaliya A seriyası
XXXIII tur
20 aprel
"Parma" - "Milan" - 1:1
Alves, 87 - Kastilleyo, 69
Bolonya - Sampdoriya - 3:0
Tonelli, 54 (ö.q), Pulqar, 69, Orsolini, 83
"Kalyari" - "Frozinone" - 1:0
Joao Pedro, 27
"Empoli" - "Spal" - 2:4
Kaputo, 22, Traore, 47 - Petaqna, 38, 61, Flossari, 44, Antunessi, 88
"Cenoa" - "Torino" - 0:1
Ansaldi, 58
“Latsio” – "Kyevo" - 1:2
Kaisedo, 67 - Viqnato, 49, Hetemay, 51
“Udineze” - "Sassuolo" - 1:1
Lirola, 80 - Sensi, 31
"Yuventus" - "Fiorentina" - 2:1
Aleks Sandro, 37, Pezzella, 53 (ö.q) - Milenkoviç, 6
"İnter" - "Roma" - 1:1
Perişiç, 61 - El Şaravi, 14
# 809
avatar

Oxşar yazılar