Güləşçilərimiz Azərbaycana daha 4 medal gətirir
20 aprel 2019 22:18 (UTC +04:00)

Güləşçilərimiz Azərbaycana daha 4 medal gətirir

Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında "Çempionlar" turniri davam edir.
 
ONA-nın məlumatına görə, yarışın 3-cü günündə komandamız daha 4 medal qazanıb. 
 
Sərbəst güləşçilərimizdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Əliyev (97 kq) isə bürünc medalla kifayətlənib. 
Qızların yarışında Jalə Əliyeva (62 kq) üçüncü yerin sahibi olub.
 
Bununla da millimizin aktivindəki medalların sayı 8-ə (3-2-3) çatıb. 
 
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.
# 820
avatar

Oxşar yazılar