"Qalatasaray" və "Trabzonspor" növbəti qələbəsini qazandı
20 aprel 2019 22:15 (UTC +04:00)

"Qalatasaray" və "Trabzonspor" növbəti qələbəsini qazandı

 
Türkiyə Super Liqasında XXIX turun növbəti matçları təşkil olunub. 
 
ONA-nın məlumatına görə, turun ikinci oyun günündə dörd qarşılaşma keçirilib.
 
"Kayserispor"u qəbul edən "Qalatasaray" 3 xalı 3 qolla qazanıb. Fatih Terimin yetirmələri hesabda geri düşsələr də, meydandan qalib kimi ayrılıblar. Bu qələbə sayəsində "sarı-qırmızılar" müvəqqəti də olsa, lider "Başakşəhər"lə xal fərqini 2-yə endirib. 
"Trabzonspor" da turu qalib kimi başa vurub. Onlar da "Yeni Malatyaspor"la matçın gedişində geri düşmələrinə baxmayaraq, rəqiblərini məğlub etməyi bacarıblar. 
 
Digər görüşlərdə isə "Antalyaspor" səfərdə "Akhisar"a, "Ərzurumspor" "Göztəpə"yə qalib gəlib.  
 
Qeyd edək ki, tura aprelin 22-də yekun vurulacaq.
 
Türkiyə Super Liqası
XXIX tur
20 aprel
"Akhisar" - "Antalyaspor" - 1:2
Barbosa, 58 - Erdinc, 7, 40
"Trabzonspor" - "Yeni Malatyaspor" - 2:1
Nvakaeme, 31, Rodalleqa, 79 - Şişmanoğlu, 22
"Qalatasaray" - "Kayserispor" - 3:1
Diaqne, 16, 42, Naqatomo, 45+4 - Kravets, 15
"Göztəpə" - "Ərzurumspor" - 0:1
Antalyalı, 25
# 648
avatar

Oxşar yazılar