Sabiq prezidentin evində milyonlar aşkarlandı
20 aprel 2019 15:45 (UTC +04:00)

Sabiq prezidentin evində milyonlar aşkarlandı

Hərbi prokurorluğun müstəntiqləri Sudanın sabiq prezidenti Ömər əl-Bəşirin son illər yaşadığı evdə milyonlarla avro və yerli valyuta ilə bir neçə milyard pul tapıblar.
 
Lent.az AZƏRTAC-a istinadən bildirir ki, sabiq prezidentin evində aşkarlanan 6 milyon avro, 351 min dollar, həmçinin 5 milyard Sudan funtu (təxminən 105 milyon dollar) ölkənin Mərkəzi Bankına yerləşdirilib.
 
Ömər əl Bəşirin evində aşkarlanan külli miqdarda pul vəsaiti ilə bağlı korrupsiya üzrə iki cinayət işi açılıb.
 
Xatırladaq ki, aprelin 11-də Sudanda hərbi çevriliş olub. Dövlət başçısı Ömər əl-Bəşir və onun bəzi ailə üzvləri, sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim Milli Konqres partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin Prezident Qvardiyasının üzvləri də daxil olmaqla, respublikanın sabiq hakimiyyətinin 200-ə yaxın nümayəndəsi həbs olunub.
 
Hərbi hökumətin vədlərinə baxmayaraq ölkədə xalq etirazları səngimək bilmir. Etirazçılar təcili olaraq mülki idarəetmə orqaninin formalaşdırılmasını və bütün hakimiyyət səlahiyyətlərinin ona verilməsini tələb edirlər.
# 869
avatar

Oxşar yazılar