Bazar günü hava necə olacaq? - PROQNOZ
20 aprel 2019 14:05 (UTC +04:00)

Bazar günü hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti haqqında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.
 
Xəbərə görə, mülayim şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-12° isti, Bakıda gecə 4-6° isti, gündüz  10-12°  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 766  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  50-55 % olacaq.  
 
Rayonlara gəlincə, bəzi yerlərdə arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.  Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.  
 
Havanın temperaturu gecə 1-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta,  gündüz 2-6° isti təşkil edəcək. 
# 1196
avatar

Aygün İbrahimli

Oxşar yazılar