“Mançester Siti”nin müdafiəçisi “İnter”ə keçir
20 aprel 2019 10:41 (UTC +04:00)

“Mançester Siti”nin müdafiəçisi “İnter”ə keçir

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Danilo karyerasını İtaliyada davam etdirə bilər.
 
ONA-nın məlumatına görə, braziliyalı müdafiəçi “İnter”ə keçməyə yaxındır.
 
Artıq futbolçu Milan təmsilçisi ilə şəxsi müqavilənin detallarında şifahi anlaşıb. Onun keçidinin rəsmiləşməsi üçün iki klub arasında danışıqların müsbət yekunlaşması zəruridir. “Mançester Siti” braziliyalı üçün 30 milyon avro istəsə də, italiyalılar daha az məbləğ ödəmək niyyətindədir. Tərəflərin 20-22 milyona razılaşacağı iddia olunur. Danilo İtaliya klubuna keçsə, ildə 4,5 milyon avro maaş və 0,5 milyon bonus əldə edəcək.
 
Qeyd edək ki, Danilo 2017-ci ilin yayında İspaniya “Real”ından “Mançester Siti”yə keçib. 27 yaşlı müdafiəçi cari mövsüm Premyer Liqada 9 oyunda meydana çıxıb və 1 qol vurub.
# 587
avatar

Oxşar yazılar