<b>Poroşenko ilə Zelenski arasında debat başa çatdı - <span style="color:red;">VİDEO  - <span style="color:red;">YENİLƏNİB </b>
19 aprel 2019 23:34 (UTC +04:00)

Poroşenko ilə Zelenski arasında debat başa çatdı - VİDEO - YENİLƏNİB

Kiyev Olimpiya Stadionunda Ukrayna prezidentliyinə namizədlər - Petro Poroşenko ilə Vladimir Zelenski arasında seçkiöncəsi debat başa çatdı. Lent.az Ukrayna mediasına istinadən bildirir ki, hər iki namizəd Donbassdakı silahlı münaqişəni yada salaraq xalq qarşısında diz çöküblər. 
 
Vladimir Zelenski bildirib ki, oğlu cəbhədən qayıtmayan anaların, atası cəbhədən qayıtmayan uşaqların, əri cəbhədən qayıtmayan qadınların qarşısında baş əyir. 
 
P.Poroşenko isə yekun nitqində bildirib ki, aprelin 21-də prezident seçkilərinin nəticələrini qəbul edəcək.  Poroşenko Ukraynada baş verənlərdə birbaşa Rusiyanın və Vladimir Putinin günahkar olduğunu bildirib. Zelenski isə Poroşenko və əhatəsini qınayıb.
 
Debatı stadion tribunasından 22 min tamaşaçı izləyib.
 
21:09
 
Zelenskiy ilə Poroşenko arasında gedən debatlarda tərəflər bir birini ittham edirlər. 
 
Birinci başlayan Zelenskiy seçkilərə qatılmasının səbəbi kimi Poroşenkonun səhvlərini və gerçəkləşməyən vədlərini göstərib.
 
“Mən siyasətçi deyiləm. Mən bu sistemi sındırmaq üçün xalq içindən gələn sadə adamam”, - deyə Zelenskiy bildirib. 
Poroşenkoda öz növbəsində opponentini siyasətdə “diletant” adlandırıb.
“Pan Vladimir, siz azarkeş pilotun idarə etdiyi təyyarəyə minərdiniz mi?”, - Poroşenko ritorik sual verib. 
 
Debatları izləmək üçün stadiona 60 minə yaxın adam toplaşıb. Təhlükəsizliyi 10 min polis qoruyur. 
 
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də baş tutacaq. 

# 839
avatar

Oxşar yazılar