[b]Hava limanında qanunzluq edən vəzifəli şəxs MƏHKƏMƏ QARŞISINDA[/b]
19 aprel 2019 17:45 (UTC +04:00)

[b]Hava limanında qanunzluq edən vəzifəli şəxs MƏHKƏMƏ QARŞISINDA[/b]

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işdən çıxarılmış inspektoru Ariz Hüseynli, Nazim Muxtarov, Fuad Abdullayev və Ruhəngiz Mirzəlinin cinayət işi üzə məhkəmə  başlayıb.
 
Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmənin baxış iclası aprelin 24-nə təyin edilib.
 
DGK-nın yaydığı məlumata əsasən, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı N.Muxtarov “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədini keçdikdən sonra saxlanılıb və ona məxsus əl yükünə baxış keçirilib.
 
Yoxlama zamanı onun baqajında gömrük nəzarəti zamanı bəyan olunmayan 79 ədəd “İPhone” markalı mobil telefon, 2 ədəd “Samsung” markalı mobil telefon, “İphone” markalı mobil telefona aid 3 ədəd qulaqcıq, 5 ədəd adapter, 19 ədəd boş qutu və 2 ədəd "Kingston" markalı 240 GB tutumlu yaddaş qurğusunun olduğu müəyyən edilib.
 
Araşdırma zamanı məlum olub ki, N.Muxtarov bir qrup şəxslə əlbir olaraq həmin mobil telefonları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə dair Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru A.Hüseynli ilə sövdələşib və onun vasitəçiliyi ilə dəyəri külli miqdar təşkil edən, 197 120 manat dəyərində mobil telefon və aksessuarları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçiriblər.
 
DGK sədrinin müvafiq əmrinə əsasən, A.Hüseynli dərhal tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb və onun barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materialların Baş Prokurorluğa göndərilməsi məqsədilə xidməti araşdırmaya başlanılıb, barələrində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq,
qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Digər şəxslər də cinayət məsuliyyətinə cəlb edilib.
# 813
avatar

Səlcuq Elçin

Oxşar yazılar