“Real” serbiyalı futbolçunu alır
19 aprel 2019 17:37 (UTC +04:00)

“Real” serbiyalı futbolçunu alır

İspaniyanın “Real” klubu serbiyalı Luka Yoviçin transferini həll etməyə yaxındır.
 
ONA-nın məlumatına görə, Almaniyanın “Ayntraxt” klubunun hücumçusunun keçidi yaxın günlərdə rəsmiləşəcək.
 
Artıq 21 yaşlı futbolçunun yayda komandasını dəyişməsi ilə bağlı klublar arasında aparılan danışıqlar da yekunlaşmaq üzrədir. Onun transfer qiyməti 50-60 milyon avro arasında olacaq. Bu məbləğin 20 faizi L.Yoviçin əvvəlki klubu Portuqaliya “Benfika”sına çatacaq.
 
Futbolçunun transferində “Bavariya” və “Barselona”da maraqlı olub. Sonuncular hollandiyalı Frenki de Yonqu aldıqdan sonra serbiyalıyla danışıqları dayandırıb. “Real” “Rayo Valyekano”da icarədə olan Raul de Toması da geri qaytarmaq fikrindən imtina edib.
 
Qeyd edək ki, L.Yoviç cari mövsüm Bundesliqanın 27 oyununda 17 qol vurub. 
# 759
avatar

Oxşar yazılar