[b]Ronaldo “Yuventus”dan gedir?[/b]
19 aprel 2019 16:43 (UTC +04:00)

[b]Ronaldo “Yuventus”dan gedir?[/b]

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo İtaliyanın “Yuventus” klubunu tərk etməyəcək.
 
ONA-nın məlumatına görə, bunu hücumçu ilə yaxın münasibətləri olan portuqaliyalı jurnalist Edu Aqirre açıqlayıb.
 
O bildirib ki, K.Ronaldonun yayda Turin təmsilçisindən ayrılacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. E.Aqirre 2022-ci ilin yayınadək müqaviləsi olan futbolçunun klubunu vaxtından tez dəyişmək barədə düşünmədiyini söyləyib.
 
K.Ronaldo “Yuventus”da qalsa da, komandada ciddi islahatlar olacağı bildirilir.
# 965
avatar

Oxşar yazılar