<b>Etirazlar səngimir: <span style="color:red;">erməni məmura cinayət işi açıldı  </b>
19 aprel 2019 14:58 (UTC +04:00)

Etirazlar səngimir: erməni məmura cinayət işi açıldı

Ermənistanda növbəti dövlət əmlakını mənimsəmə faktı gündəmə gəlib.
 
Lent.az erməni KİV-ə istinadən xəbər verir ki, bu dəfə etirazlar Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryana qarşıdır. 
 
Məlumata görə o, tibb avadanlıqlarının tədarükü ilə bağlı tenderə müdaxilə edərək, öz maraqlarını təmin edib. Elə bu ittihamla da bir qrup şəxs Ermənistan xüsusi xidmət orqanlarının rəhbəri Artur Vanetsyanın istefasını tələb edib. 
 
Etirazçıları baş nazir Nikol Paşinyan qəbul edərək bu barədə araşdırma aparılacağını deyib. 
 
Qeyd edək ki, artıq D.Sanasaryanın barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açılıb.
 
# 674
avatar

Oxşar yazılar