<b>Hitlerin arxiv fotoları – <span style="color:red;">İLK DƏFƏ DƏRC EDİLDİ </b>
19 aprel 2019 13:12 (UTC +04:00)

Hitlerin arxiv fotoları – İLK DƏFƏ DƏRC EDİLDİ

XX əsrin ən məşhur diktatorlarından olan Adolf  Hitlerin yeni fotoşəkilləri üzə çıxıb. 
 
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu günə kimi heç bir mətbu orqanda dərc edilməmiş fotolar ABŞ-ın Milli Arxiv Agentliyinin eksperti Riçard Şneyder tərəfindən tirajlanıb. 
 
Bildirilir ki, sözügedən nadir fotolar Hitlerin xüsusi fotoqrafı Henriç Hoffman tərəfindən çəkilib. 
 
Hitlerlə bağlı xatirələri əks etdirən fotolar Riçard Şneyder tərəfindən yeni texnoloji proqramlar vasitəsilə bərpa edilərək orginal görkəminə yaxınlaşdırılıb.
 
 
 
 
1962-ci ildə Birləşmiş Ştatların Milli Arxiv Agentliyinə təhvil verilmiş 1270 foto arasında Hitlerin hətta 34 yaşında çəkdirdiyi şəkil də var.  Bu, əsrin qorxunc diktatorunun ən qədim fotoşəkili hesab olunur.
 
 
 
Bu fotoda isə Hitlerin əhatəsində "Mənə vicdansız bir media verin, mən sənə şüursuz xalq təqdim edim" ifadəsilə məşhur olan o vaxtın təbliğat naziri Josef Goebbels də var.
 
 
Qeyd edək ki, Hitlerin hakimiyyət dövrünü əhatə edən bütün fotoların önümüzdəki günlərdə nəşr ediləcəyi gözlənilir.
 
# 1025
avatar

Oxşar yazılar