<b>Bakıda uşaqlıq dostunu qətlə yetirən gənc<span style="color:red;"> MƏHKƏMƏ QARŞISINDA </b>
19 aprel 2019 11:23 (UTC +04:00)

Bakıda uşaqlıq dostunu qətlə yetirən gənc MƏHKƏMƏ QARŞISINDA

Bakıda tələbəni qətlə yetirməkdə təqsirləndirilən Rauf Murğuzovun cinayət işi üzə məhkəmə prosesi başlayıb.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmənin hazırlıq iclası aprelin 26-na təyin edilib.
 
Qeyd edək ki, ötən ilin dekabr ayında Bakının Nərimanov rayonu Atatürk prospekti, ev 2a ünvanında Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri - 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.
 
Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.
 
Onu da qeyd edək ki, mərhumla təqsiləndirilən şəxs uşaqlıq dostudur.
 
Xatırladaq ki, qətlə yetirilən E.Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin, hadisəni törədən R.Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi idi.
# 568
avatar

Səlcuq Elçin

Oxşar yazılar