[b]Avropa Liqasında həftənin futbolçusu kim olacaq? - Namizədlər bəllidir[/b]
19 aprel 2019 09:18 (UTC +04:00)

[b]Avropa Liqasında həftənin futbolçusu kim olacaq? - Namizədlər bəllidir[/b]

Avropa Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb.
 
ONA-nın məlumatına görə, 1/4 final mərhələsinin cavab matçlarının ən yaxşı 4 oyunçusu müəyyənləşib.
 
Bunlar Pedro Rodriges (“Çelsi”), Filip Kostiç (“Ayntraxt”), Petr Şevçik (“Slaviya”) və Antonio Latorredir (“Valensiya”). UEFA-nın müəyyənləşdirdiyi bu “dördlük” arasında ən yaxısını səsvermə ilə azarkeşlər seçəcək.
Qeyd edək ki, 1/4 finalın cavab oyunlarında “Çelsi” (İngiltərə) “Slaviya”nı (Çexiya) 4:3, “Arsenal” (İngiltərə) “Napoli”ni (İtaliya) 1:0, “Valensiya” (İspaniya) “Vilyarreal”ı (İspaniya), “Ayntraxt” (Almaniya) “Benfika”nı (Portuqaliya) eyni – 2:0 hesabı ilə məğlub edib.
# 651
avatar

Oxşar yazılar