“Google” servislərinin fəaliyyətində problem yaranıb
18 aprel 2019 19:38 (UTC +04:00)

“Google” servislərinin fəaliyyətində problem yaranıb

Əksər ölkələrin sakinləri aprelin 18-nə keçən gecə "Google" axtarış sisteminin və "Gmail" elektron poçtunun işində nasazlıqlarla üzləşiblər.
 
 
Lent.az ictnews-a istinadla xəbər verir ki, şikayətlərin əsas hissəsi ABŞ sakinlərindən daxil olub. Bu barədə populyar internet saytlarının fəaliyyətini izləyən "Downdetector" resursunun məlumatında deyilir.
 
 
Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, əksər istifadəçilər səhifəyə daxil olmaq və servisdən istifadə etmək istəyərkən problemlərlə üzləşib. Nasazlıq Bakı vaxtı ilə saat 01:40-da qeydə alınıb.
 
 
Amerikalılarla yanaşı, oxşar problemlərlə Rusiya, Ukrayna, Böyük Britaniya, Avstraliya və Yaponiya sakinləri də rastlaşıblar.
# 651
avatar

Oxşar yazılar