<b>“Çelsi” Hazardın qiymətini aşağı saldı</b>
18 aprel 2019 17:35 (UTC +04:00)

“Çelsi” Hazardın qiymətini aşağı saldı

İngiltərənin “Çelsi” klubu belçikalı futbolçusu Eden Hazardın qiymətini aşağı salmağa razılaşıb.
 
ONA-nın məlumatına görə, hücumçunun transfer etməyə çalışan İspaniyanın “Real” klubu ilə danışıqlar aparan London təmsilçisi məbləğlə bağlı güzəştə gedib.
 
Belə ki, E.Hazarda öncədən 116 milyon avro qiymət qoyan “zadəganlar” artıq onu 103 milyona da satmağa hazırdır. Lakin ispaniyalılar yayda baş tutacaq keçid üçün daha az ödəmək niyyətindədir. “Kral klubu” 28 yaşlı futbolçu üçün 80-90 milyon avro təklif edir.
 
Qeyd edək ki, E.Hazard “Çelsi”yə “Lill”dən 2012-ci ildə 35 milyon avroya keçib.
# 800
avatar

Oxşar yazılar