Vahid Əliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
18 aprel 2019 17:21 (UTC +04:00)

Vahid Əliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Vahid Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
ONA xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında hərbi sahədə səmərəli fəaliyyətinə görə Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 
Qeyd edək ki, sabah Vahid Əliyevin 50 yaşı tamam olur.
# 796
avatar

Oxşar yazılar