İsveç parlamentinin Azərbaycan əsilli deputatına vəzifə verildi
18 aprel 2019 15:29 (UTC +04:00)

İsveç parlamentinin Azərbaycan əsilli deputatına vəzifə verildi

İsveç parlamentinin deputatı Aylini Fəzailini “İsveç Sosial Demokrat Partiyası”nın Göteberq bölgə və ətraf şəhərləri üzrə rəhbəri seçilib.
 
Bu barədə Lent.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
 
Onun sözlərinə görə, yaxın günlərdə İsveçin  Alingsas şəhərində Sosial Demokrat Partiyasının Göteborg bölgə və ətraf şəhərlərinin qurultayı keçirilib.  
 
Qurultay iştrakçıları Aylini Fəzailini 11 təşkilatın rəhbəri seçiblər. 
 
27 yaşlı siyasətçi Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 2018-ci ildə İsveç parlamentinə deputat seçilib.
# 823
avatar

Oxşar yazılar