[b]Moskvada Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi olacaq[/b]
18 aprel 2019 14:14 (UTC +04:00)

[b]Moskvada Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi olacaq[/b]

ATƏT-in baş katibi Tomas Qreminger və Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparacaqlar.
 
ONA-nın məlumatına görə, bu sözləri Rusiya Xarici işlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
 
O bildirib ki, tərəflər aprelin 24-də Moskvada görüşəcəklər. Tomas Qreminger 8–ci Beynəlxalq Təhlükəsizlik üzrə Moskva konfransında iştirak etmək üçün Rusiyaya səfər edəcək.
# 615
avatar

Oxşar yazılar