<b>DTX-ın tutduğu junralistin işində zərərçəkən müdir: "<span style="color:red;">Yazı yazmışdı, pul istədi "</b>
18 aprel 2019 13:27 (UTC +04:00)

DTX-ın tutduğu junralistin işində zərərçəkən müdir: "Yazı yazmışdı, pul istədi"

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Gəncə Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsində Zakir Hüseynov dindirilib. 
 
O bildirib ki, məktəb direktoru olan zaman İ.Rəhimov jurnalist kimi yanına gəlib, barəsində yazı yazıb: "Bir dəfə zəng elədi ki, maşını qırılıb, yolda qalıb. Mən də pul verdim. Sonra da mütəmadi olaraq pul istədi. Barəmdə yazı yazacağını bildirdi".
 
İ.Rəhimov zərərçəkmişin dediklərinə etiraz edib. O qeyd edib ki, Z.Hüseynov daha əvvəl çalışdığı "Hürriyyət" qəzetinə abunə olub, zərərçəkmiş pulu da buna görə verib.
 
Daha sonra digər zərərçəkmiş Rafiq Əbilov dindirilib. O, Ekologiya və Təbii Sərvətlər Nairliyinin Şabran rayonu üzrə 5 saylı ərazi şöbəsinin direktoru olduğunu söyləyib.
 
Zərərçəkmiş ifadə verən zaman İ.Rəhimovu şəxsən tanımadığını, təqsirləndirilən şəxsin saytında onun barəsində yazı yazdığını, tanışı vasitəsilə 300 manat pul verib, həmin məqaləni çıxartdırdığını qeyd edib.
 
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-da araşdırılıb.
 
Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.
 
O, ötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-cimaddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 
Cinayət işində 6 zərərçəkmiş var.
# 654
avatar

Səlcuq Elçin

Oxşar yazılar