Yığmamızın Avropa Liqası üçün heyəti açıqlandı
18 aprel 2019 12:28 (UTC +04:00)

Yığmamızın Avropa Liqası üçün heyəti açıqlandı

Kişi voleybolçulardan ibarət arasında Gümüş Avropa Liqasında mübarizə aparacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.
 
ONA-nın məlumatına görə, Avropa Voleybol Konfederasiyasına təqdim olunan iştirak ərizəsinə 17 voleybolçu daxil edilib.
 
Baş məşqçi Fərid Cəlalov qitə miqyaslı yarış üçün müəyyənləşdirdiyi heyətdə Vüqar Bayramov, Tural Həsənli, Cavid Süleymanov, Aqil Ağazadə, Vadim Kutukov, Elmin Alışanov, Emil Abdullayev, Rəsul İbrahimov, Pərviz Səmədov, Dmitri Obodnikov, Asif Əliyev, Aleksey Çervyakov, Dmitri Baranov, Ramazan Ağabəyov, Andrey Vasilenko, Kənan Allahverdiyev və Vüsal Rüstəmova yer verib.
 
Qeyd edək ki, Gümüş Avropa Liqasının B qrupunda yer alan yığmamız Rumıniya, Danimarka və Gürcüstanla mübarizə aparacaq. Komandamız ilk görüşünü mayın 25-də keçirəcək.
# 663
avatar

Oxşar yazılar