Avtomobil piyadanı vurub öldürdü
18 aprel 2019 12:11 (UTC +04:00)

Avtomobil piyadanı vurub öldürdü

Qaradağda ölümlə nəticələnən qəza baş verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az.a verilən məlumata görə, hadisə aprelin 18-də gecə saat 1 radələrində rayonun Lökbatan qəsəbəsi ərazisində baş verib.
 
Şabran rayon sakini V.Səlimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Əli Əsgərovu vurub.
 
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. 
 
Qaradağ RPİ tərəfindən araşdırma aparılır. 
 
 
# 388
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar