<b>DİN-dən sosial şəbəkə istifadəçilərinə <span style="color:red;">XƏBƏRDARLIQ </b>
18 aprel 2019 11:24 (UTC +04:00)

DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır:
 
"Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.  Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. 
Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik".
 
DİN bir daha xatırladır ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri 2 ildən artıqdır fəaliyyət göstərir.
 
Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından "facebook", “instagram ”,  "twitter" və "youtube" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilərlər:
 
Facebook - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 
keçid linki (https://www.facebook.com/mia.gov.az/) 
 
İnstagram – azerbaycan.din
keçid linki -  (https://www.instagram.com/azerbaycan.din/)
 
Youtube - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
keçid linki - (https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMGyg2j-w?view_as=subscriber)
 
Twitter - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (https://twitter.com/MIAAzerbaijan)
# 1696
avatar

Səlcuq Elçin

Oxşar yazılar