“Qırmızı kitab”a düşən ayını ovlayanlar <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA
18 aprel 2019 11:10 (UTC +04:00)

“Qırmızı kitab”a düşən ayını ovlayanlar MƏHKƏMƏ QARŞISINDA

İsmayıllıda qanunsuz ov etməkdə təqsirləndirilən Rahim Kazımov, Səfər Səfərov, Asəf Hacıyev, Nüsrət Səfərov, Mühasib Nuriyev və Rasid Talıbovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
ONA-nın xəbərinə görə, hakim Rafael Şirinovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmə baxışı aprelin 23-nə təyin edilib.
 
Qeyd edək ki, ötən il noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı "Qırmızı kitab”a düşmüş qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə "Şahdağ Milli Parkı”ndan İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayonun Tircan kənd sakinləri Rasid Talıbov, Rahim Kazımov, Ağsu rayon sakinləri Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və qardaşı Səfər olduqları müəyyən edilib. R.Talıbovdan, R.Kazımovdan, A.Hacıyevdən, N.Səfərovdan və qardaşı Səfərdən 4 ədəd "İJ” və 1 ədəd "Lavrona” markalı ov tüfəngləri götürülüb.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 258-ci (Qanunsuz ov etmə) maddəsi ilə cinayət işi başlanılıb.
# 535
avatar

Oxşar yazılar