<b>Şəkidə narkotik əkib-becərən şəxs saxlanıldı</b>
18 aprel 2019 10:16 (UTC +04:00)

Şəkidə narkotik əkib-becərən şəxs saxlanıldı

Şəkidə yaşadığı evdə narkotik bitki əkib-becərən şəxs saxlanılıb.
 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirib.
 
Tədbir zamanı polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 24 yaşlı Mirseyid Ağababayev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif plastik qablarda  kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
# 547
avatar

Səlcuq Elçin

Oxşar yazılar