<b>Azərbaycan yollarında bir gün: <span style="color:red;">3 ölü... </b>
18 aprel 2019 09:54 (UTC +04:00)

Azərbaycan yollarında bir gün: 3 ölü...

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki- hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində
axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
# 473
avatar

Səlcuq Elçin

Oxşar yazılar