[b]“Atletiko”nun qapıçısı ən yüksək ödənişlilər arasında 2-ci pilləyə yüksəlib[/b]
18 aprel 2019 09:48 (UTC +04:00)

[b]“Atletiko”nun qapıçısı ən yüksək ödənişlilər arasında 2-ci pilləyə yüksəlib[/b]

 
İspaniyanın “Atletiko” klubu ilə müqaviləsini uzadan sloveniyalı qapıçı Yan Oblakın qazancı artırılıb.
 
ONA-nın məlumatına görə, 2023-cü ilin yayına qədər anlaşmaya imza atan qolkiper ildə 10 milyon avro qazanacaq.
 
Bununla da Y.Oblak dünyanın ən ödənişli qapıçıları arasında 2-ci pilləyə yüksəlib. O, yalnız “Mançester Yunayted”in ispan qapıçısı Devid de Xeadan az qazanacaq.
Sonuncu ilinə 10,5 milyon avroya oynayır. İlk “onluq”da aşağıdakı qapıçılar yer alıblar: Ederson (“Mançester Siti”) – 9,9, İker Kasilyas (“Porto”) – 6,6, Manuel Noyer (“Bavariya”) – 5,7, Petr Çex (“Arsenal”) – 5,6, Mark-Andre Şteqen (“Barselona”) – 5,6, Keylor Navas (“Real”) – 5,4, Canluici Buffon (PSJ) – 5,3, Tibo Kurtua (“Real”) – 5,2 milyon avro.
# 581
avatar

Oxşar yazılar