İtkin düşən bacılar <span style="color:red;">TAPILDI
18 aprel 2019 09:29 (UTC +04:00)

İtkin düşən bacılar TAPILDI

 
Gəncədə itkin düşən bacılar tapılıb.
 
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, aprelin 5-i səhər saatlarında Gəncə şəhər sakinləri, 14 yaşlı  Pərvanə Nipalıyeva və bacısı 9 yaşlı Ceyran Nipalıyeva dərsə getmək adı ilə çıxaraq geri qayıtmayıb.
 
Bundan narahat olan ailəsi onun tapılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə müraciət edib.
Polis əməkdaşlarının təxirə salınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin 17 aprel tarixində şəhər ərazisində olduqları müəyyən edilib və onlar, ailəsinə təhvil veriliblər
 
Faktla bağlı araşdırma aparılır.
 
# 785
avatar

Səlcuq Elçin

Oxşar yazılar