Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlandı
18 aprel 2019 09:25 (UTC +04:00)

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlandı

 
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
 
ONA-nın məlumatına görə, UEFA 1/4 finalın cavab oyunlarında fərqlənən dörd futbolçunu müəyyənləşdirib.
 
Bunlar “Barselona”nın hücumçusu Lionel Messi, “Ayaks”ın müdafiəçisi Mateys de Liqt,  “Tottenhem”in hücumçusu Son Xın Min və “Liverpul”un forvardı Roberto Firminodur. Həftənin futbolçusu azarkeşlər arasında səsvermə ilə bəlli olacaq.
Qeyd edək ki, Messi “Mançester Yunayted”, Son “Mançester Siti” ilə görüşdə dubl edib, De Liqt “Yuventus”la görüşdə qələbə qoluna, Firmino isə “Portu”nun qapısına vurulan toplardan birinə imza atıb.
# 636
avatar

Oxşar yazılar