"Real" və "Barselona"nın istədiyi bombardir Bundesliqada qaldı
17 aprel 2019 20:45 (UTC +04:00)

"Real" və "Barselona"nın istədiyi bombardir Bundesliqada qaldı

"Ayntraxt" "Benfika"dan icarəyə götürdüyü Luka Yoviçi birdəfəlik transfer edib.
 
Bundesliqa klubunun rəsmi saytının yaydığı xəbərə görə, Frankfurt təmsilçisi serbiyalı forvardın keçidi üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək. 21 yaşlı futbolçu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.
 
Qeyd edək ki, Yoviç bu mövsüm Almaniya çempionatında keçirdiyi 27 oyunda 17 qol və 6 məhsuldar ötürmə ilə komandasının ən sərrast futbolçusudur.
# 845
avatar

Oxşar yazılar