<b>Dələduzluqda təqsirləndirilən qadın <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA - <span style="color:red;">FOTO </b>
18 aprel 2019 09:00 (UTC +04:00)

Dələduzluqda təqsirləndirilən qadın MƏHKƏMƏ QARŞISINDA- FOTO

Dələduzluqda təqsirləndirilən Gülarə Əliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
Lent.az-ın məlumatına görə, G.Əliyeva barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cİnayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. 
 
Qeyd edək ki, Gülarə Əliyeva Nəcəf Nəsirliyə özünü qızıl-zinyət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Dələduz qadın yerli sahibkarın ona olan inamından sui-istifadə edərək, külli miqdarda əmlakını ələ keçirib. Sonradan araşdırma zamanı məlum olub ki, Gülarə Əliyeva nə fiziki şəxs, nə də hüquqi şəxs kimi vergi qeydiyyatına alınmayıb, ümumiyyətlə, VÖEN-i olmayıb. Həmçinin, G.Əliyeva sahibkara müxtəlif qızıl-zinyət əşyalarının satışı mağazalarını özününki kimi təqdim edib.
 
Araşdırma zamanı həmin mağazaların G.Əliyeva ilə yaxından-uzaqdan əlaqəsi olmadığı, tamamilə başqa şəxslərə məxsus olduğu ortaya çıxıb.
 
Aldandığını anlayan N.Nəsirli ona qarşı qızıl-zinyət əşyalarının biznesində şəriklik adı ilə dələduzluq edərək, külli miqdarda əmlakını ələ keçirən Gülarə Əliyeva və rəhbərlik etdiyi bir qrup qadın barəsində bu ilin iyun ayında Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.
 
İlkin araşdırma nəticəsində Gülarə Əliyeva barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlasa da dələduz qadın uzun müddət istintaqdan yayınaraq, gizlənib. Buna baxmayaraq, 8 dekabr tarixində 18-ci bölmənin polis əməkdaşları tərəfindən yaxalanaraq, istintaqa təhvil verilib. İlkin məhkəmədən sonra G.Əliyeva müvəqqəti olaraq qadın təcridxanasına köçürülüb.
# 779
avatar

Səlcuq Elçin

Oxşar yazılar