Çimərlik futbolu: Millimiz məğlub oldu
17 aprel 2019 19:05 (UTC +04:00)

Çimərlik futbolu: Millimiz məğlub oldu

Bakıda seleksiya xarakterli təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Bu barədə Lent.az-a AFFA-dan bildirilib.

Məlumata görə, Ukrayna yığması ilə qarşılaşan millimiz 3:4 hesabı ilə məğlub olub.

Komandamızın heyətində Asif Zeynalov, Sabir Allahquliyev  və Comərd Baxşəliyev fərqlənib.

# 677
avatar

Oxşar yazılar